Dünya - Azərbaycan Respublikası Hüquqi Dövlətdir

“Onlar hakimiyyətdən devrilməyənə qədər Hörmüz açılmayacaq”
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə qaldıqları müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.

“ARHD.MEDiA” TASS-a istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Baqer Zülqədər bildirib.

“Cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyətdən devrilməyənə qədər döyüşçülərimiz Hörmüz boğazını açmayacaqlar”, - deyə o deyib.

İranın Ali Rəhbərinin müşaviri əlavə edib ki, boğazın bağlanması İran xalqının qisasının yalnız ilk mərhələsidir.

Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürülə bilər
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyi sonuncu dəfə irəli sürülə bilər.

“ARHD.MEDiA” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib.

O, növbəti prezident və parlament seçkilərinin tarixinin 7 may 2028-ci il olduğunu, lakin Türkiyə Böyük Millət Məclisinin (TBMM) seçkilərin yenilənməsi barədə qərar qəbul edəcəyi təqdirdə, səsvermənin daha erkən, mart, yaxud aprel aylarında keçirilə biləcəyini bildirib.

Uçum bu xüsusda prezident seçkilərinin 16 aprel 2028-ci ilə təyin edilməsinin təklif olunduğunu və bunun simvolik əhəmiyyət kəsb edə biləcəyini bildirib.

Onun sözlərinə görə, həmin tarix 2017-ci ildə prezidentlik sisteminə keçidlə bağlı referendumun tarixidir və simvolik əhəmiyyətə malikdir.

Rəcəb Tayyib Ərdoğanın namizədlik məsələsinə aydınlıq gətirən Uçum söyləyib ki, Ərdoğanın siyasi baxımdan namizədliyi dəqiqləşib, lakin hüquqi baxımdan namizədliyin növbəti dəfə irəli sürülməsi TBMM-in seçkilərin yenilənməsi ilə bağlı müvafiq qərar verməsi ilə mümkün olacaq. Belə ki, Türkiyə qanunvericiliyinə əsasən, prezidentin ikinci səlahiyyət müddətində parlament seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, hazırkı prezident bir dəfə də namizəd ola bilər.

Ərdoğanla Tramp görüşəcək
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçiriləcək.

“ARHD.MEDiA” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar Nyu-Yorkda baş tutacaq.

Liderlərin görüşü BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilə bilər.

Qeyd edək ki, sözügedən sessiya sentyabrın 8-dən 28-dək davam edəcək.

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - Foto
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc İslamlı Turan Fehruz oğlu həyatına son qoyub.

“ARHD.MEDiA” “Gununsesi.info”ya istinadən xəbər verir ki, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.

Məlumata görə, Turan ixtisasca mühəndis olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-yə gedib və ordu sıralarında xidmət edib.

T.İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb. Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.

Yaxınları bildirib ki, Turan “Green Card” qazanıb və ABŞ-yə gedib: “Bundan sonra ABŞ-yə gedərək orduya daxil olub.

Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında həyatına son qoyub”.

Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur.

Onlarla İranı müzakirə edəcək
ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda Fars körfəzi ölkələrinin liderləri ilə görüşəcək.

“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutacaq görüş zamanı İranla müharibədə növbəti addımların müzakirə edilməsi planlaşdırılır.

ABŞ liderinin Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanın liderləri və ya xarici işlər nazirləri ilə görüşəcəyi bildirilir. Bununla belə, görüşdə digər ərəb və müsəlman liderlərinin iştirakı istisna edilmir.

Qeyd edək ki, daha əvvəl Şimali Karolinada çıxışı zamanı Tramp ABŞ-İran müharibəsinin sonuna yaxınlaşdıqlarını bildirib.

“Cəhənnəm sanksiyaları” qəbul edildi
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.

“ARHD.MEDiA” xəbər verir ki, “cəhənnəm sanksiyaları” adlandırılan və mərhum senator Lindsi Qrem tərəfindən hazırlanan sənəd sentyabrın 16-da 262 səslə lehinə, 159 səslə əleyhinə qəbul olunub.

Qanun layihəsi qüvvəyə minməsi üçün Prezident Donald Trampın imzasını gözləyir.

Sənəd Rusiyanın yüksəkvəzifəli şəxslərinə, oliqarxlarına, banklarına və digər maliyyə qurumlarına, eləcə də, sanksiyalardan yayınmaq üçün istifadə olunan “kölgə donanmasına” qarşı yeni məhdudiyyətlər nəzərdə tutur.

Qanun layihəsi həmçinin Rusiya nefti və qazının ən böyük alıcıları olan ölkələrə 100 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verir. Sənəddə İrana qarşı mövcud sanksiyaların da uzadılması nəzərdə tutulur.

Netanyahunun təyyarəsi Nyu-Yorka enməyəcək - Səbəb budur
İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə planlaşdırılan səfəri zamanı təyyarəsinin enəcəyi hava limanı dəyişdirilib.

“ARHD.MEDiA” İsrailin “Walla” nəşrinə istinadla xəbər verir ki, Netanyahunun təyyarəsi ənənəvi Nyu-York JFK (Con Fitscerald Kennedi – red.) hava limanı yerinə Nyu-Cersidəki “Newark” aeroportuna eniş edəcək.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən haqqında həbs qərarı çıxarılan Netanyahunun səfəri zamanı ABŞ Məxfi Xidməti fövqəladə səviyyədə təhlükəsizlik tədbirləri görəcək. Eniş yerinin dəyişdirilməsi Nyu-York meriyasının rəhbəri Zöhran Mamdaninin “Netanyahunun yeri Haaqadır, o müharibə cinayətkarıdır” bəyanatı ilə əlaqələndirilsə də, ABŞ rəsmiləri bunu sırf aviasiya və parklanma təhlükəsizliyi ilə izah edirlər.

Mamdaninin sərt bəyanatlarına cavab verən Netanyahu isə onu Yaxın Şərqdəki yeganə demokratiyanın liderinə hücum etməkdə təqsirləndirib və ICC-nin ABŞ ilə İsrail vətəndaşları üzərində heç bir hüquqi səlahiyyətinin olmadığını iddia edib.

Qeyd edək ki, İsrail Baş nazirinin sentyabrın 23-də Nyu-Yorka getməsi gözlənilir. İsrail Baş Nazirliyinin və Netanyahunun şəxsi mühafizə dəstəsinin ön heyəti artıq hazırlıqlar üçün ABŞ-yə enib.

Mükafatını almaq üçün Almaniyaya gedəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək.

“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Hessen torpağının parlamenti məlumat yayıb.

Bildirilib ki, bu mükafat Paşinyana Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə təqdim ediləcək.

Mükafatlandırma mərasimi sentyabrın 18-də Hessenin parlamentində keçiriləcək.

Səfər zamanı Paşinyanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edəcək.

Qeyd edək ki, mükafat fondu 25000 avro olan bu təltif 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən verilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib.

İran müharibəsi ABŞ-yə neçəyə başa gəlib?
ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) fevralın sonunda İrana qarşı başlayan hərbi əməliyyatların ABŞ-yə 1 avqusta qədər təxminən 38 milyard dollara başa gəldiyini açıqlayıb.

“ARHD.MEDiA” xəbər verir ki, CBO əməliyyatın maliyyə yükünü dörd əsas istiqamət üzrə qiymətləndirib.

Bunlar əməliyyat xərcləri, fürsət xərcləri, iqtisadi təsirlər və potensial əlavə xərclərdir.

Hesabata görə, 38 milyard dollarlıq xərcə istifadə olunan sursatların yenilənməsi, döyüşlərdə itirilən avadanlıqlar, uçuş saatlarının artması, sahə əməliyyatları və yanacaq xərcləri daxildir.

CBO xəbərdarlıq edib ki, münaqişə davam edərsə, xərclər daha da arta bilər. Zorakılığın səviyyəsindən asılı olaraq, hər əlavə ay üçün ABŞ-nin 2-3 milyard dollar arasında əlavə xərc çəkə biləcəyi, münaqişənin genişlənməsi halında isə bu məbləğin daha yüksək ola biləcəyi bildirilib.

Hesabatda Pentaqon üçün ən böyük fürsət xərclərindən birinin istifadə olunan hava hücumundan müdafiə raketləri olduğu qeyd edilib.

CBO-nun qiymətləndirməsinə görə, raket ehtiyatlarının azalması ABŞ-nin hərbi inventarını bir neçə il zəiflədə bilər. Bu vəziyyət xüsusilə Çin kimi böyük ballistik və qanadlı raket arsenalına malik ölkələrlə mümkün böhranlar zamanı təhlükəsizlik riskləri yarada bilər.

Hesabatda Hörmüz boğazı və Qırmızı dənizdə daşımaların pozulmasının qlobal miqyasda xam neft, benzin, dizel və aviasiya yanacağının qiymətlərini artırdığı da vurğulanıb.

Artan enerji və logistika xərclərinin istehlak qiymətlərinə təzyiq göstərdiyi bildirilir. CBO 2027-ci ilin birinci rübündə şəxsi istehlak xərcləri üzrə inflyasiyanın əvvəlki proqnozdan 0,5 faiz bəndi, əsas PCE inflyasiyasının isə 0,3 faiz bəndi yüksək olacağını proqnozlaşdırıb.

Münaqişənin yaratdığı əlavə inflyasiya təzyiqinin ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyini də artırdığı qeyd olunub.

CBO diplomatik fəaliyyət və xarici yardım kimi əlavə xərclərin isə münaqişənin gələcək gedişatından asılı olduğunu və bu səbəbdən dəqiq hesablanmasının mümkün olmadığını bildirib.

Hörmüzdə ABŞ PUA-sı vuruldu
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının qərbində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

“ARHD.MEDiA” xəbər verir ki, IRNA İnqilab Keşikçiləri Korpusunun bununla bağlı yaydığı açıqlamanı dərc edib.

Bildirilir ki, MQ-1 tipli PUA Hörmüz boğazının qərbində İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq vurulub.

İnqilab Keşikçiləri ötən gün səhər saatlarında da Hörmüz boğazı üzərində eyni tipli PUA-nın vurulduğunu açıqlamışdı.

Qeyd edək ki, ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 PUA-lar ilkin olaraq müşahidə və kəşfiyyat məqsədləri üçün hazırlanıb. Daha sonra aparatlara əlavə kameralar və raketlər quraşdırılıb.