Mədəniyyət - Azərbaycan Respublikası Hüquqi Dövlətdir

Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR
Əməkdar artist Sevda Məmmədzadə xəstəxanaya yerləşdirilib.

“ARHD.MEDiA” xəbər verir ki, buna səbəb onun işemik insult keçirməsi olub.

Vəziyyəti ağır olan S.Məmmədzadə Nizami Tibb Mərkəzinə yerləşdirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) fakt təsdiqlənib.

Bildirilib ki, 1931-ci il təvəllüdlü şəxs (qadın) sentyabrın 2-də saat 00:30-da ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

"Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Sevda Saleh qızı Məmmədzadə uzun illər Azərbaycan Radiosunda diktor kimi çalışıb.

Yaşasaydı, 75 yaşını qeyd edəcəkdi...
Bu gün mərhum Xalq artisti Yaşar Nurinin doğum günüdür.

“ARHD.MEDiA” xəbər verir ki, aktyor yaşasaydı, 75 yaşını qeyd edəcəkdi.

1951-ci ilin bu günündə Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn Yaşar Nuri uşaqlıqdan səhnəyə maraq göstərib. Sənətkar ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Məhərrəm Əlizadənin “Toy kimindir?” tamaşasında Tapdıq obrazını canlandırıb.

Məktəbli yaşlarında Azərbaycan televiziyasının uşaq verilişlərində də iştirak edən Y.Nuri “Yelkən”, “Buratino”, “Qaranquş” və “Pioner” kimi proqramlarda çıxış edib.

Səhnədə müxtəlif xarakterli obrazlar yaradan aktyor qısa müddətdə özünəməxsus oyun üslubu ilə tamaşaçı sevgisi qazanıb. “Qanlı Nigar” tamaşasında yaratdığı Abdi obrazı isə sənətkarın səhnə fəaliyyətinin ən yaddaqalan işlərindən biri hesab olunur.

Yaşar Nuri teatrla yanaşı, Azərbaycan kinosunda da silinməz iz qoyub. O, çoxsaylı bədii filmdə rol alıb. “Yol əhvalatı” filmindəki Makintoş, “Yaramaz”dakı Maşallah, “Bəyin oğurlanması”ndakı İsrafil, “Qətl günü”ndəki Mahmud doktor, “Lətifə”dəki Məmmədi və digər obrazları aktyorun yaradıcılıq irsində xüsusi yer tutur.

Sənətkar uzun illər kinorejissor Vaqif Mustafayevlə də əməkdaşlıq edib və tragikomik filmlərdə yaratdığı obrazlarla Azərbaycan kinosunun özünəməxsus simalarından birinə çevrilib.

Azərbaycan televiziyasında (AzTV) serial formatının bünövrəsini qoyan və Yaşar Nurini xalqın sevimlisinə çevirən əsas işlər məhz çoxseriyalı teletamaşalardır. “Səni axtarıram” trilogiyası rejissor Tariyel Vəliyevin ekranlaşdırdığı və Azərbaycan televiziya tarixinin ən uğurlu çoxseriyalı sevgi hekayəsidir. Yaşar Nuri (Elçin) və Firəngiz Mütəllimovanın (Gülnar) tərəf müqabili olduğu bu trilogiya on milyonların sevgisini qazanıb.

Yaşar Nuri yalnız aktyor kimi deyil, rejissor kimi də fəaliyyət göstərib. Teatrda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərinə quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib. Bundan başqa, televiziya tamaşalarında, radio proqramlarında və dublyaj sahəsində də fəal iştirak edib.

Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adına layiq görülüb. 1991-ci ildə “Yaramaz” filmindəki Maşallah roluna görə Dövlət mükafatı alıb. Yaşar Nuri həmçinin “Qızıl dərviş”, Cəfər Cabbarlı və Milli Kino mükafatlarına, Prezidentin I dərəcəli mükafatına, fərdi təqaüdə və “Şöhrət” ordeninə layiq görülüb.

2008-ci ildə keçirdiyi ağır əməliyyatdan sonra yenidən səhnəyə qayıdan aktyor tamaşaçılar tərəfindən böyük sevgi və alqışlarla qarşılanıb. 2011-ci ildə onun 60 illik yubileyi Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunub.

Y.Nuri 1975-ci ildə Rəhimə xanımla ailə həyatı qurub. Onların Ülviyyə və Ülkər adlı iki qız övladı olub. Aktyorun qızı Ülviyyə 2025-ci ildə həyatını itirib.

Yaşar Nuri uzunsürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Coli Ukraynada restoranda görüntüləndi - Foto
Məşhur aktrisa Ancelina Coli Ukraynanın Poltava şəhərindəki bir restoranda görünüb.

“ARHD.MEDiA” xəbər verir ki, aktrisa və UNICEF-in xoşməramlı səfirinin görüntüləri həmin məkanın müştəriləri tərəfindən instaqramda paylaşılıb.

“Məşqdən əvvəl səhər yeməyi yemək üçün ora girmişdim və birdən qarşımda Ancelina Colinin oturduğunu gördüm. Tamamilə şoka düşdüm”, - videonu çəkən istifadəçi yazıb.

Qadın qeyd edib ki, Colinin şəklini çəkməyə icazə verilmirdi, lakin məşhur aktrisanın çəkilməsini konkret olaraq kimin qadağan etdiyini açıqlamayıb.

Ustadıma vəfa borcum... – Nəriman Həsənzadənin əziz xatirəsinə
Bəzən insan həyatda elə şəxsiyyətlərlə qarşılaşır ki, illər keçsə də, zaman onları yaddaşdan silə bilmir. Onların səsi, baxışı, danışığı, təbəssümü, bircə kəlməsi belə insanın yaddaşında yaşayır. Bəzi insanlar isə sadəcə xatirəyə çevrilmir, insanın mənəvi dünyasının ayrılmaz parçasına çevrilirlər. Mənim üçün Nəriman Həsənzadə məhz belə böyük və əziz şəxsiyyət idi. Onun haqqında yazmaq mənim üçün həm böyük məsuliyyət, həm də ustadıma olan vəfa borcumdur.

Bir də o həzin, duyğulu, insanın qəlbinə məlhəm kimi yayılan o səsi canlı eşitməyəcəyəm... Bu fikri dilə gətirmək belə mənə ağır gəlir. Onun səsi bir başqa idi. Şairlərin xüsusi şeir oxumaq diksiyası var. Bu, çoxlarına aiddir. Lakin Nəriman müəllimin şeir oxumağında tamam başqa bir sehr vardı. O, şeirlərini sadəcə oxumurdu, elə bil onlara lay-lay çalırdı. Hər misranı özünəməxsus intonasiya ilə, sözün ruhunu duyaraq səsləndirirdi. Səsində qəribə bir doğmalıq, sakitlik və dərinlik vardı. O səsi eşidəndə insanın iç dünyasında nələrsə dəyişirdi.

Ümumiyyətlə, Nəriman Həsənzadə başqa aləm idi. Onu yalnız şair kimi təqdim etmək onun böyük şəxsiyyətini tam ifadə etmək olmaz. O, istedadlı şair, dramaturq, alim, ictimai xadim olmaqla yanaşı, böyük ziyalı, böyük insan idi. Onun yaradıcılığı ilə şəxsiyyəti arasında qəribə bir vəhdət vardı. İstedadı ilə şəxsiyyəti həyatı boyu eyni addımladı. Biri o birini üstələmədi. Nə şöhrəti onun sadəliyini dəyişdi, nə də böyük istedadı insani keyfiyyətlərinin qarşısına keçdi. Bu dünyanın Nərimanı idi o.

Mənim xatirələrimdə Nəriman Həsənzadə hər şeydən əvvəl əziz xələf bir doğmam kimi qalıb. Onunla bağlı yaddaşımda saysız-hesabsız xatirələr var. Hər xatirənin öz rəngi, öz səsi, öz istiliyi var. Amma bütün bu xatirələrin içərisində onun bir müraciəti xüsusilə seçilir: “Qurvan olum, ay Hürü”. Bu, mənim üçün sadəcə bir söz deyildi. Bu, bütöv bir dünya idi. Həmin sözün içində doğmalıq vardı, səmimiyyət vardı, mehribanlıq vardı. O sözün içində Nəriman müəllimin mənə münasibəti, insanlara olan isti münasibəti, ürəyinin genişliyi yaşayırdı.

Mən hər zaman onun üzündəki o həlim, doğma ifadəni, təbəssümü xatırlayacağam. Elə insanlar var ki, onların siması yaddaşa həkk olunur. Nəriman müəllimin də simasında qəribə bir rahatlıq, sakitlik və doğmalıq vardı. Onunla danışanda insan özünü heç vaxt yad hiss etmirdi. Qarşında Azərbaycanın böyük şairi, dramaturqu, alimi dayanırdı, amma onun yanında özünü rahat hiss edirdin. O, böyüklüyünü qarşısındakı insana hiss etdirməyən nadir şəxsiyyətlərdən idi.

Əsl böyüklük də elə budur. İnsan yüksəldikcə sadəliyini, mərhəmətini, təvazökarlığını qoruyub saxlaya bilirsə, deməli, həqiqətən böyükdür. Nəriman müəllim bu mənada böyük bir məktəb idi. Onun yanında insan yalnız ədəbiyyatdan, poeziyadan, sənətdən danışmırdı, həm də həyatı, insanlığı, münasibətləri, mənəvi dəyərləri öyrənirdi.

Mən Nəriman müəllimi yalnız əsərləri ilə deyil, insanlığı ilə də tanıdım. Onun hər davranışında bir ağsaqqallıq, bir müdriklik vardı. Sözünün çəkisi, baxışının mənası, təbəssümünün istiliyi insanın qəlbində iz buraxırdı. O, insanı dinləməyi bacarırdı. Qarşısındakının sözünə qiymət verirdi. Onunla ünsiyyətdə olan hər kəs özünü dəyərli hiss edirdi. Bu, böyük sənətkar olmaqdan daha artıq bir keyfiyyətdir. Bu, böyük insan olmaqdır.

Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutur. Onun poeziyasında Vətən, torpaq, ana, məhəbbət, ayrılıq, insan, zaman, yaddaş kimi böyük mövzular xüsusi yer tutur. O, adi görünən həyat hadisələrindən böyük mənalar çıxarmağı bacarırdı. Onun sözündə həyat vardı. Yaşanmış həyat - ağrısı, sevinci, nisgili, ümidi və sevgisi ilə.

Onun şeirlərini oxuyarkən insan öz həyatından nələrisə tapırdı. Bəzən uşaqlığını xatırlayırdı, bəzən doğma torpağını, bəzən itirdiyi insanları düşünürdü. Çünki Nəriman müəllimin poeziyası insanın ürəyinə toxunmağı bacarırdı. O, sözün zahiri gözəlliyi ilə kifayətlənmirdi. Sözün ruhunu axtarırdı. Bəlkə də buna görə onun şeirləri illər keçdikcə öz aktuallığını və təsir gücünü qoruyub saxlayır.

Dramaturq kimi də Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun dramaturji yaradıcılığında insan xarakterləri, cəmiyyətin mənəvi problemləri, tarixi yaddaş və milli düşüncə xüsusi yer tutur. O, sözün gücü ilə insanı düşündürməyi, suallar qarşısında qoymağı bacarırdı. Alim kimi də ədəbiyyatımıza və söz sənətimizə xidmət edib, ictimai xadim kimi isə milli mədəniyyətimizin və ədəbi düşüncəmizin inkişafına öz töhfəsini verib.

Amma bütün bu titulların, bütün bu böyük adların arxasında mənim gördüyüm bir insan vardı – Nəriman müəllim. Mənim ustadım. Mənim doğmadan doğma bildiyim eloğlum. Mənim ağsaqqalım.

Ustad olmaq yalnız əsərlər yaratmaq deyil. Ustad olmaq həm də özündən sonra gələnlərə mənəvi yol göstərməkdir. İnsanlara sözün məsuliyyətini, sənətin müqəddəsliyini, insanlığın ucalığını öyrətməkdir. Nəriman müəllim mənim üçün məhz belə bir ustad idi. Mən onun yanında yalnız poeziyanı deyil, insanlığı da öyrənirdim.

Bəzən bir insanın davranışı uzun bir kitabdan daha çox şey öyrədir. Bəzən bircə cümlə illərlə yadda qalır. Bəzən bir təbəssüm insanın qəlbində ömürlük iz buraxır. Nəriman müəllimin də mənəviyyat məktəbindən aldığım ən böyük dərslərdən biri insan olaraq qalmağın vacibliyi idi.

Həyat insanı müxtəlif sınaqlardan keçirir. İnsan bəzən yüksəlir, bəzən yıxılır, bəzən sevinir, bəzən itirir. Lakin bütün bunların içərisində insanlığını qorumaq ən böyük qələbədir. Nəriman müəllim uzun və mənalı ömrü ilə bunu göstərdi. Onun həyatında sənət və şəxsiyyət bir-birini tamamlayırdı.

İndi onun yoxluğundan danışmaq çox çətindir. Çünki bəzi insanların yoxluğuna inanmaq olmur. Onların kitabları qalır, yazıları qalır, şəkilləri qalır, sözləri qalır. Səsləri yaddaşda yaşayır. Təbəssümləri göz önündə canlanır. Və sən anlayırsan ki, insan fiziki olaraq aramızdan getsə də, yaratdığı mənəvi dünya davam edir.

Nəriman müəllimin dünyası da davam edəcək. Onun kitablarında, şeirlərində, dramaturgiyasında, elmi və ictimai fəaliyyətində, onu tanıyan insanların xatirələrində və ən əsası, onun sözlərindən təsirlənən insanların qəlbində.

Mən ona “əlvida” demirəm. Deyə bilmirəm. Çünki mənim üçün Nəriman müəllim gedən deyil. O, sadəcə başqa bir üfüqə çəkilib. Bizim gözümüzdən uzaqlaşıb, amma yaddaşımızdan yox. Əlvida demək üçün insanın tamamilə yox olması lazımdır.

Sizin kimi insanlar əbədiyyət üfüqlərində doğan Günəşdir. Günəş isə əbədidir, sönməzdir.

İndi onun səsini canlı eşidə bilməyəcəyəm. Lakin bir gün onun şeirlərindən birini oxuyanda həmin səsi yenidən eşidirmiş kimi olacağam. Onun misralarından birində səsini, bir sözündə baxışını, bir şeirində təbəssümünü tapacağam. Bəlkə də yenə qulağımda o doğma müraciəti səslənəcək: “Qurvan olum, ay Hürü...” Mən də içimdən cavab verəcəyəm: “Qurban olum, mənim ustadım...”

Nəriman müəllim, Siz mənim üçün böyük dərya idiniz. O dəryadan hər kəs öz payını götürdü. Kimisi söz götürdü, kimisi hikmət, kimisi sənət, kimisi mərhəmət, kimisi insanlıq. Mən isə Sizin həm sözünüzdən, həm də şəxsiyyətinizdən pay aldım. Bu, mənim üçün ömrümün ən böyük mənəvi qazancıdır.

Sizinlə tanış olmaq, Sizinlə söhbət etmək, Sizin doğma münasibətinizi görmək, Sizin səsinizi canlı eşitmək mənim həyatımın ən qiymətli xatirələrindəndir. Bu xatirələr heç vaxt köhnəlməyəcək. Çünki həqiqi insanlar yaddaşda zamanla silinmir, əksinə, zaman keçdikcə daha da qiymətli olurlar.

Nəriman müəllim, Siz mənim üçün bir insanlıq məktəbi idiniz. Bu məktəbin qapıları heç vaxt bağlanmayacaq. Çünki həqiqi ustadların məktəbi ölüm tanımır. Sizin yazdığınız hər misra, yaratdığınız hər obraz, söylədiyiniz hər fikir bu məktəbin dərsidir. Sizi oxuyan hər yeni nəsil həmin dərslərdən öz payını götürəcək.

Bəlkə də əbədiyyətin ən böyük mənası elə budur: insan özündən sonra sözünü, ruhunu, işığını və sevgisini qoyub gedir. Siz öz işığınızı qoyub getdiniz. Biz o işıqla yolumuzu tapacağıq.

Mən bu yazını bir vida yazısı kimi deyil, ustadıma olan mənəvi borcumun ifadəsi kimi qələmə alıram. Çünki insan ustadına yalnız sağlığında deyil, onun yoxluğunda da sadiq qalmalıdır. Onun adını, sözünü, xatirəsini yaşatmalıdır. Mənim Sizə vəfa borcum da budur.

Sizi unutmayacağam, Ustadım.

Sizin o həzin, duyğulu səsinizi unutmayacağam. O səs ki, insanın qəlbinə məlhəm kimi yayılırdı. O həlim baxışınızı, doğma təbəssümünüzü unutmayacağam. “Qurvan olum, ay Hürü” deyə səslənməyinizi heç vaxt unutmayacağam.

Çünki Siz mənim üçün sadəcə böyük şair Nəriman Həsənzadə deyildiniz, siz mənim ustadım idiniz, eloğlum idiniz, ağsaqqalım idiniz. Doğmadan doğma bildiyim bir insan idiniz.

Və… bundan sonra da belə qalacaqsınız.

Ruhunuz şad olsun, əziz Ustadım.

Əlvida demirəm, çünki Sizin kimi insanlar əbədiyyət üfüqlərində doğan Günəşdir.

GÜNƏŞ İSƏ ƏBƏDİDİR, SÖNMƏZDİR.

Ustadımızın ruhuna böyük sevgi ilə;

Hürü Hacızadə

Yazıçı-publisist

“Qızıl qələm” mükafatçısı

Fərid Səfərov

AJB-nin üzvü

Xətai rayonunda möhtəşəm musiqi gecəsi
1xeber.media xəbər verir ki,Bakı şəhərinin mədəni həyatında əlamətdar hadisələrdən biri baş tutmağa hazırlaşır. Paytaxtın Xətai rayonunda Azərbaycanın milli-mənəvi sərvəti olan muğam sənətinə həsr olunmuş genişmiqyaslı “Muğam Axşamı” konsert proqramı təşkil ediləcək.

Rəsmi tədbir afişalarından əldə olunan məlumata görə, bu möhtəşəm musiqi gecəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ərsəyə gəlir.

Musiqisevərləri bir araya gətirəcək konsert proqramı 26 Avqust 2026-cı ii,saat: 19:00-da, Xətai rayonu Heydər Əliyev adına İstirahət Parkının amfiteatrında baş tutacaq.

Konsert proqramı Azərbaycanın muğam sənətinin korifeylərini, ustad xanəndələrini və tanınmış gənc ifaçılarını eyni səhnədə birləşdirəcək

Tədbirin rəsmi informasiya dəstəyi isə ölkənin tanınmış media qurumları olan RTV və News24.az tərəfindən təmin edilir.

Açıq səmada, parkın amfiteatrında təşkil olunacaq konsert proqramına paytaxt sakinlərinin və muğamsevərlərin böyük maraq göstərəcəyi gözlənilir.

Tofiq Bakıxanov dəfn olundu - Fotolar - Yenilənib
Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.

“ARHD.MEDiA” xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Xalq artisti avqustun 23-ü 96 yaşında vəfat edib.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.

“ARHD.MEDiA” xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilində vəfat edib.

Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.

Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.

Zəngin yaradıcılığa malik bəstəkar üç balet (“Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”), beş simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Hümayun”, “Dügah”), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”) musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.

Professor Tofiq Bakıxanov eyni zamanda yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.

Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.

Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, “Şöhrət” (2000), “Şərəf” (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Tofiq Bakıxanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək.

“ARHD.MEDiA" President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur.

Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir.

Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Avqustun 16-sı mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

“ARHD.MEDiA” xatırladır ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.

Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.

B.Vahabzadə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, sonra həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi.

Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

B.Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız iki ildən sonra işə bərpa edilib.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, həmçinin də keçmiş Sovet İttifaqı xalqlarının dillərinə tərcümə edilib.

Xalqı oyandırmaq məqsədi ilə əsərlərini qələmə alan B.Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

O, 2009-cu il fevral ayının 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib

Cansever vəfat etdi
Müğənni Cansever vəfat edib.

“ARHD.MEDiA” xəbər verir ki, Arabesk musiqisinin məşhur nümayəndələrindən olan sənətçi 59 yaşında dünyasını dəyişib.

Şimali Makedoniya əsilli ifaçı uzunsürən xərçəng xəstəliyindən sonra müalicə aldığı xəstəxanada həyatını itirib.

Cansever “Ağla gözbebeğim”, “Sen de gittin” və “Kime bu inat” kimi mahnılarla məşhurlaşıb.