qazaxıstan prezidenti kasım-jomart tokayevin bu həftə yaponiyaya rəsmi səfəri baş tutacaq.
arhd.media akordaya istinadən xəbər verir ki, səfər dekabrın 18-20-si baş tutacaq.
"səfər çərçivəsində imperator naruhito, baş nazir sanae takaiçi və yaponiyanın iş dairələrinin nümayəndələri ilə görüşlər nəzərdə tutulur. bundan əlavə, qazaxıstan prezidenti "mərkəzi asiya - yaponiya" sammitinin işlərində iştirak edəcək", - dövlət başçısının mətbuat xidməti bildirib.























