Azərbaycan Dublində “Avropa Siyasi Birliyi”nin üç sənədinə qoşulmayıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualına cavabında bildirilib.


“Noyabrın 12-də Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.


Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, - deyə A.Hacızadə qeyd edib.


Qeyd edək ki, Dublində “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı bir sıra ölkələr tərəfindən Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlər qəbul edilib.


Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi ictimai nəqliyyat, beynəlxalq nəqliyyat dəhlizləri, logistika və turizm sahələri üzrə ekspertlərlə görüş keçirib.


“Qafqazinfo” xəbər verir ki, bununla bağlı (ADY) məlumat yayıb.


Bildirilib ki, görüşdə ADY-nin son illərdə həyata keçirdiyi layihələr, sərnişin və yük daşımaları sahəsində əldə olunmuş nəticələr, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də mövcud çağırışlar və gələcək prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


ADY sədri Rövşən Rüstəmov dəmir yolu nəqliyyatının ölkənin sosial-iqtisadi inkişafında, əhalinin mobilliyinin genişləndirilməsi və Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyinin gücləndirilməsində mühüm rol oynadığını bildirib.


Qeyd edilib ki, ADY fəaliyyətində sərnişin məmnuniyyətinin yüksəldilməsini, xidmət keyfiyyətinin artırılmasını, təhlükəsiz və dayanıqlı daşımaların təmin edilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.


Görüşdə diqqətə çatdırılıb ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ADY tərəfindən 9,8 milyon sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur. Təkcə oktyabrda bir ay ərzində daşınmış sərnişin sayına görə ən yüksək göstərici - 1,3 milyon nəfərdən çox sərnişin qeydə alınıb. Abşeron dairəvi dəmir yolu marşrutu ilə daşınan gündəlik sərnişin sayı isə son iki ildə 36 mindən 52 min nəfərə yüksəlib.


Sərnişindaşıma sahəsində aparılan islahatlar, yeni marşrutların istifadəyə verilməsi, mövcud xətlərin bərpası və müasir hərəkət tərkibinin alınması istiqamətində görülən işlər barədə də məlumat verilib. Bakı-Balakən və Bakı-Ağdam marşrutlarının bərpası, Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması, Gəncə-Qəbələ istiqamətində gündəlik sərnişindaşımanın təşkili, həmçinin Bakı-Tbilisi-Bakı beynəlxalq dəmir yolu əlaqəsinin yenidən fəaliyyətə başlaması xüsusi qeyd olunub.


Abşeronda dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı müzakirələr zamanı sərnişin sıxlığının azaldılması, hərəkət cədvəlinin optimallaşdırılması, Xırdalan istiqamətində infrastrukturun yenilənməsi, stansiya və dayanacaqlarda sərnişinlərin rahatlığının artırılması məsələlərinə toxunulub. Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt xətlərinin təkmilləşdirilməsi, yeni şəhərətrafı xətlərin bərpası və 20 yeni sərnişin qatarının alınması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib.


Eyni zamanda, rəqəmsal xidmətlərin inkişafı, onlayn bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin operativ məlumatlandırılması, ödəniş sistemlərinin müasirləşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün digər əsas müzakirə mövzusu Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit potensialının gücləndirilməsi olub. Bildirilib ki, 2026-cı ilin ilk 10 ayında ADY üzrə yükdaşıma həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 15,7 milyon tona çatıb. Tranzit daşımaların həcmində isə 20 faiz artım qeydə alınıb.


Sonda ADY sədri Rövşən Rüstəmov ekspert ictimaiyyəti ilə açıq və konstruktiv dialoqun əhəmiyyətini vurğulayaraq bu cür görüşlərin qarşılıqlı fikir mübadiləsi, peşəkar təkliflərin öyrənilməsi və dəmir yolu nəqliyyatının inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından faydalı olduğunu bildirib. ADY-nin müvafiq sahələr üzrə mütəxəssislərlə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu qeyd edilib.

 

Baxış sayı: 4 429

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə