Azərbaycan Dublində “Avropa Siyasi Birliyi”nin üç sənədinə qoşulmayıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualına cavabında bildirilib.


“Noyabrın 12-də Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.


Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, - deyə A.Hacızadə qeyd edib.


Qeyd edək ki, Dublində “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı bir sıra ölkələr tərəfindən Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlər qəbul edilib.

Baxış sayı: 3 767

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə