dekabrın 23-də iran islam respublikasının prezidenti məsud pezeşkian azərbaycan respublikasının prezidenti ilham əliyevə zəng edib.
arhd.media azərtac-a istinadən xəbər verir ki, iran prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.
prezident ilham əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
məsud pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.
telefon söhbət zamanı 2026-ci ildə təmaslar və azərbaycan-iran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.























