cənub keçid şurası (ckş) komandanlığı öz döyüşçülərinin "vətən qalxanı"adlanan hökumət qüvvələrinə inteqrasiyası prosesinin başladığını elan edib.
arhd.media tass-a istinadən xəbər verir ki, bu barədə ckş təmsilçisi sözçüsü polkovnik-leytenant məhəmməd ən-nakib aic telekanalında dərc olunmuş müraciətində deyib.
ən-nakib bu addımı "ərazi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq məqsədi" daşıdığını bildirib. o qeyd edib ki, bu gündən silahlı qüvvələrə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirmək üçün onların "vətən qalxanı"na inteqrasiyası prosesinə başlanılıb.
ən-nakibin sözlərinə görə, "vətən qalxanı"nın ilk briqadası artıq hadramaut əyalətinin tamud rayonuna yerləşdirilib və yaxın vaxtlarda rama rayonundakı mövqeləri, eləcə də hadramaut və əl-mahradakı bəzi obyektləri hökumət qüvvələrinə təhvil verəcəyi gözlənilir.
xatırladaq ki, birləşmiş ərəb əmirliklərinin dəstəklədiyi cənub keçid şurasından olan separatçıların yəmənin şərqindəki hadramaut və əl-mahra əyalətlərinə nəzarəti bərqərar etməsindən sonra ölkədə vəziyyət gərginləşib.























