bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir.


“arhd.media” xəbər verir ki, bununla bağlı azərbaycan prezidenti ilham əliyev fərman imzalayıb.


fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılıb:


- ekologiya və təbii sərvətlər nazirliyinin tabeliyində “dövlət mineral xammal ehtiyatlarından istifadə agentliyi” və “geoloji kəşfiyyat agentliyi” publik hüquqi şəxslərin, habelə dövlət geoloji informasiya fondunun əsasında ekologiya və təbii sərvətlər nazirliyinin tabeliyində “dövlət mineral xammal ehtiyatlarından istifadə agentliyi”;


- ekologiya və təbii sərvətlər nazirliyinin tabeliyində “geodeziya və kartoqrafiya agentliyi” publik hüquqi şəxsin əsasında ekologiya və təbii sərvətlər nazirliyinin tabeliyində “geodeziya və kartoqrafiya agentliyi”;


- kənd təsərrüfatı nazirliyinin tabeliyində aqrar innovasiya mərkəzinin və “aqrar tədqiqatlar mərkəzi” publik hüquqi şəxsin əsasında kənd təsərrüfatı nazirliyinin tabeliyində “aqrar tədqiqatlar və inkişaf mərkəzi”;


- azərbaycan dövlət su ehtiyatları agentliyinin tabeliyində “su və meliorasiya kompleksinin layihələndirilməsi institutu” və “su və meliorasiya elmi tədqiqat institutu” publik hüquqi şəxslərin əsasında azərbaycan dövlət su ehtiyatları agentliyinin tabeliyində “su və meliorasiya üzrə layihələndirmə və elmi tədqiqat institutu”.

Baxış sayı: 2 856

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə