prezident ilham əliyev estoniya prezidenti alar karisə təbrik məktubu ünvanlayıb.
“arhd.media” xəbər verir ki, məktubda deyilir:
“hörmətli cənab prezident,
estoniya respublikasının milli bayramı – müstəqillik günü münasibətilə sizə və xalqınıza öz adımdan və azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
inanıram ki, azərbaycan-estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək. bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.























