“iranın zənginləşdirilmiş uranı ya abş-yə gətirilməli, ya da məhv edilməlidir”.


“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp sosial şəbəkə hesabında yazıb.


o bildirib ki, zənginləşdirilmiş uran ya abş-yə gətirilərək məhv edilməli, ya da iranla əməkdaşlıq çərçivəsində beynəlxalq atom enerjisi agentliyinin nəzarəti altında yerindəcə zərərsizləşdirilməlidir.


trampın sözlərinə görə, bu proses iranla koordinasiya və beynəlxalq nəzarət mexanizmləri vasitəsilə həyata keçirilə bilər.


qeyd edək ki, hazırda atəşkəs mərhələsində olan abş-israil-iran xəttində gərginliyin davam etdiyi bir vaxtda iranın əlində olduğu bildirilən təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyi danışıqların əsas mövzularından biri olaraq qalır.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə