azərbaycan prezidenti ilham əliyev mayın 28-də şuşa rayonunun böyük qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.


“arhd.media” xəbər verir ki, şuşa rayonunda azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəsi aydın kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.


qeyd edək ki, böyük qaladərəsi şuşa rayonunun qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.


kənd 1992-ci ildə ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı böyük qaladərəsi işğaldan azad olunub.


bildirilib ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. ilkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. kənddaxili yollar abadlaşdırılıb. həmçinin böyük qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, bayraq meydanı yaradılıb.


kənddə ümumilikdə 50 fərdi ev var. onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.


birinci mərhələdə artıq 17 ev bərpa olunub. növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.


ilkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.


***


sonra dövlət başçısı böyük qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.

 

Baxış sayı: 4 779

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə