abş-də israil və livan arasında keçirilən hərbi danışıqların dördüncü raundu 9 saatdan çox davam edib. görüş vaşinqtonda, abş müdafiə nazirliyinin (pentaqon) binasında baş tutub.


“arhd.media” xəbər verir ki, danışıqlarda hər iki ölkənin hərbi nümayəndə heyətləri iştirak edib.


görüş zamanı israil tərəfi “hizbullah”la əlaqəli olduğunu iddia etdiyi mövqelərə dair xəritələr və kəşfiyyat məlumatları təqdim edib, həmçinin təşkilatın istifadə etdiyi pilotsuz uçuş aparatları məsələsini gündəmə gətirib.


məlumatlara əsasən, israil təhlükəsizlik məsələləri ilə bağlı normallaşma addımlarının atılmasını tələb edib. livan nümayəndə heyəti isə bunun hərbi deyil, siyasi qərar olduğunu bildirərək təklifi qəbul etməyib.


bildirilir ki, hərbi danışıqların nəticələri ilə bağlı bu gün vaşinqtondakı livan səfirliyində əlavə qiymətləndirmə iclası keçiriləcək.


xatırladaq ki, israilin mart ayında livana qarşı genişmiqyaslı hava hücumlarından sonra abş-nin vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs əldə olunub. sonuncu razılaşmaya əsasən, atəşkəs müddəti mayın ortalarında daha 45 gün uzadılıb.

Baxış sayı: 3 259

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə