Venesuelada iyunun 24-də baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 4 118 nəfərə çatıb. Yaralıların sayı isə 16 740 nəfərdir.


“ARHD.MEDiA” xəbər verir ki, Venesuela Milli Assambleyasının (AN) prezidenti Xorxe Rodrigez sosial şəbəkə hesabında fəlakətin son nəticələrini açıqlayıb.


O bildirib ki, əvvəlki göstəricilərlə müqayisədə ölənlərin sayı daha 229 nəfər artıb.


Zəlzələlərdən ən çox zərər çəkən bölgələrdən biri olan La Quayra ştatının Makuto ərazisində bərpa işləri davam edir. Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez bölgəyə səfər edərək infrastrukturun vəziyyətini yerində yoxlayıb.


VTV-nin yaydığı məlumata əsasən, Rodrigez elektrik təminatının böyük hissəsinin bərpa edildiyini bildirib. Onun sözlərinə görə, ştatda elektrik xidmətləri 96 faiz səviyyəsində yenidən təmin olunub, 21 elektrik yarımstansiyası isə fəaliyyətini bərpa edib.


Müvəqqəti prezident həmçinin içməli su təminatının 84 faiz bərpa olunduğunu, dağıntılar və zədələnmiş şəbəkələr səbəbindən su çatışmazlığı yaşayan ərazilərə tankerlərlə su daşındığını qeyd edib.

Baxış sayı: 3 348

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə