ABŞ İrandan Hörmüz boğazını elə bu gündən açıq elan etməsini tələb edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən “X” hesabında yazıb. 


“Tramp administrasiyası İrandan şənbə günü Hörmüz boğazının açıq olduğunu etiraf edən və kommersiya gəmilərinin atəşə tutulmasına son qoymağı öhdəsinə götürən açıq bəyanatla çıxış etməsini tələb edir”, - paylaşımda deyilir. 


Başqa bir mənbə isə Vaşinqtonun Tehranı tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, ağır fəsadlarla hədələdiyini bildirib.


“Ya onlar belə bir bəyanat verəcəklər, ya da onlar üçün hər şey pis qurtaracaq”, - mənbə deyib.

Baxış sayı: 3 733

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə