Ermənistan baş naziri Nikol Paşinyan keçmiş deputatlar Sofiya Ovsepyan və Edmon Marukyanı seçkilərlə bağlı açıqlamalarına görə məhkəməyə verib.


“ARHD.MEDiA”nın  xəbərinə görə, bu barədə "Sputnik Armenia" "Telegram" kanalı məlumat verib.


Qeyd edilib ki, Paşinyan Ovsepyan və Marukyanı böhtan və təhqirdə ittiham edərək, təkzib vermələrini tələb edir.


Həmçinin Ermənistanın baş naziri təhqirlərə təzminat kimi 2 milyon dram (5400 dollar), böhtana görə təzminat kimi isə 4 milyon dram (təxminən 11 000 dollar) tələb edib.

Baxış sayı: 4 119

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə