Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə hücum edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.


Onun sözlərinə görə, hadisə nəticəsində Elektrostal və Noqinsk şəhərlərində 26 nəfər yaralanıb. 


Belə ki, dron hücumu zamanı Noqinskdə neft anbarında, Elektrostalda isə “Wildberries”in anbarında yanğınlar qeydə alınıb.


Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib. 


Moskva şəhərinin meri Sergey Sobyanin isə bildirib ki, paytaxt istiqamətində ümumi olaraq 370 PUA uçub. 

Baxış sayı: 3 435

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə