İran ABŞ-nin Darhoveyn Atom Elektrik Stansiyasına (AES) endirdiyi zərbəyə cavab olaraq “Amazon” şirkətinin Bəhreyndə yerləşən data-mərkəzinə hücum edib.


“ARHD.MEDiA” xarici mətbuata istinadən istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Mətbuat xidməti məlumat yayıb.


“ABŞ ordusunun dünən Darhoveyndəki tikinti obyektlərinə və mülki infrastruktura hücumuna cavab olaraq, ABŞ-nin “Amazon” şirkətinin Bəhreyndə yerləşən data-mərkəzinin infrastrukturuna bir neçə qanadlı raketlə zərbə endirdik və onu məhv etdik”, - bəyanatda deyilir. 


Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatı (İAET) ötən gün, iyulun 19-da tikilməkdə olan “Darhoveyn” AES-in ABŞ Silahlı Qüvvələri tərəfindən zərbələrə məruz qaldığını açıqlamışdı. 

Baxış sayı: 3 714

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə