Strateji Gündəlik haqqında Birgə Bəyannamə Almaniya və Azərbaycan arasında qurulmuş möhkəm münasibətləri daha da dərinləşdirdi.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner “X” sosial şəbəkəsindəki hesabında Birgə Bəyannaməni paylaşaraq bildirib. 


“Bu gün biz Almaniya və Azərbaycan arasındakı möhkəm münasibətləri Strateji Gündəlik haqqında Birgə Bəyannamə ilə daha da dərinləşdirdik. Biz müxtəlif sektorlarda əməkdaşlığımızın intensivləşdirilməsi üzərində işləyəcəyik, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdə tarixi məqamı alqışlayırıq”, - paylaşımda deyilir.


Xatırladaq ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb.

 

Baxış sayı: 3 716

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə