ABŞ Prezidenti Donald Trampın Corciya ştatının Marietta şəhərindəki çıxışı dövlət başçısının nitqi ilə yanaşı, arxada əyləşən gəncin hərəkətləri ilə də diqqət çəkib. 


“ARHD.MEDiA” xəbər verir ki, canlı yayımlanan çıxış zamanı həmin gəncin Trampı təqlid etməsi, onun üz ifadələrini və hərəkətlərini təkrarlaması sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. 


Kadrlardan görünür ki, Tramp daxili və xarici gündəmlə bağlı ciddi bəyanatlar verdiyi bir zamanda arxada əyləşən qara kostyumlu və çəhrayı qalstuklu bir gənc üz ifadələrini dəyişir və dövlət başçısının məşhur bədən dilini təqlid edir. Təhlükəsizlik xidməti əməkdaşlarının və tədbir təşkilatçılarının müdaxilə etməməsi isə bu maraqlı anların canlı yayımda nümayiş olunmasına şərait yaradıb. 


Görüntülərin əks olunduğu xəbərlər dünya mətbuatında və sosial şəbəkələrdə ən populyar videolar sırasına daxil olub.


Həmin görüntüləri təqdim edirik: 

Baxış sayı: 3 778

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə