İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.


ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı son bəyanatını şərh edən Əraqçi bildirib:


“Əsassız tələblər üçün başqa bir dövlətin aktivlərini müsadirə etmək təhrikedici presedentdir. Bu vəsaitlərin istifadəsini alqışlayanlar və ya onlardan fayda götürənlər yadda saxlamalıdırlar: hökumətlər əmlakın müsadirəsini norma hesab etməyə başlayan kimi heç kimin aktivləri qorunmuş hesab edilə bilməz. Yaranan xaos nə gözəl, nə də dinc olacaq”. 


Xatırladaq ki, daha əvvəl Donald Tramp yaydığı bəyanatda Hörmüz boğazında zərər görən gəmilərin kompensasiyasının İranın dondurulmuş aktivləri hesabına ödəniləcəyini bildirib.

Baxış sayı: 3 429

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə