Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də ABŞ-yə səfər edəcək. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Obşestvennoe” nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb. 


Səfər çərçivəsində onun ABŞ lideri Donald Trampla görüşü, həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak etməsi planlaşdırılır. 


Qeyd edək ki, iyulun 23-də Zelenski ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə bir neçə yeni təklif hazırladığını açıqlamışdı. Ukrayna lideri bu təklifləri müzakirə etmək üçün artıq gələn həftə Vaşinqtona səfər edə biləcəyini bildirmişdi. 


Onu da xatırladaq ki, amerikalı respublikaçı senator Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. Bundan bir gün əvvəl o, Kiyevdə səfərdə olmuş və Volodimir Zelenski ilə görüşmüşdü.

Baxış sayı: 3 927

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə