"İran Vaşinqtonla yenidən danışıqlara başlamaq üçün müraciət etməyib".


“ARHD.MEDiA” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.


Onun sözlərinə görə, hazırda heç bir birbaşa məsləhətləşmə aparılmasa da, vasitəçilərin köməyi ilə mesajların ötürülməsi ehtimalı qalmaqdadır.


"Bölgədə baş verən son hadisələrlə əlaqədar ABŞ tərəfinin mesajları vasitəçilər tərəfindən bizə çatdırıla bilər, ancaq indiki məqamda Amerika Birləşmiş Ştatları ilə hər hansı danışıqlar prosesi mövcud deyil", - XİN rəsmisi brifinq zamanı vurğulayıb.


İsmayıl Bəqai bildirib ki, son gərginlik dövründən etibarən İran tərəfindən dialoq üçün heç bir tələb irəli sürülməyib. Onun sözlərinə görə, Tehranın danışıqlar istəməsi barədə məlumatlar müxalif qüvvələrin ara-sıra dövriyyəyə buraxdığı xəbərlərdən ibarətdir.

Baxış sayı: 3 777

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə