“İran ballistik raketlərlə Ukrayna ərazisinə zərbə endirməyi planlaşdırır”. 


“ARHD.MEDiA” xəbər verir ki, bu iddianı Ukraynanın “Insider” teleqram kanalı yayıb. 


Bildirilib ki, İran yaxın iki gün ərzində Ukraynaya üç raketlə zərbə endirməyi planlaşdırır. Bununla belə, bu məlumatın rəsmi təsdiqinin olmadığı qeyd olunub.


Nəşr həmçinin İranın sahib olduğu ballistik raketlərin zərbə radiusunu əks etdirən xəritə dərc edib. Paylaşımda İranın “Xürrəmşəhr” adlı ortamənzilli ballistik raketə malik olduğu və Ukraynanın Polşa ilə sərhəddəki qərb bölgələri istisna olmaqla, ərazisinin böyük hissəsinin vurula biləcəyi vurğulanıb.

 

Baxış sayı: 3 259

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə