İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ölkəsinin Vaşinqtonun sorğusu olmadan öz təşəbbüsü ilə İrana zərbələr endirməyəcəyini bildirib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İsrail mənbələrinə istinadən məlumat yayıb. 


Bununla belə, Netanyahu İranın İsrailə hücum edəcəyi təqdirdə cavab zərbələri endirmək hüququnu özlərində saxladıqlarını qeyd edib. O həmçinin ölkəsinin İrana dair yeni kəşfiyyat məlumatlarını ABŞ ilə paylaşmağa davam edəcəyini bildirib. 


Nəşrin məlumatına görə, Netanyahu eyni zamanda Vaşinqtonun İranla münaqişədə Yaxın Şərqdəki müttəfiq ərəb ölkələrinin mövqelərini nəzərə almaq məcburiyyətində olduğuna anlayışla yanaşdıqlarını ifadə edib. O, ABŞ liderini İsrail-İran məsələsində Vaşinqtona tam etibar etdiyinə və Trampın istənilən qərarını dəstəkləyəcəyinə əmin edib. 


Xatırladaq ki, Tramp və Netanyahu arasında iyulun 28-də keçirilən danışıqlar təxminən saat yarım davam edib.

Baxış sayı: 3 815

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə