Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan və Dağıstan respublikalarına zərbələr endirib.


“ARHD.MEDiA” Rusiya mediasına istinadən xəbər verir ki, Tatarıstanın Kazan, Zelenodolsk və Nijnekamsk şəhərlərindəki neft emalı zavodları və “Wildberries” şirkətinin anbarları hücuma məruz qalıb. 


Kazan, Nijnekamsk və Buqulma hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Dron təhlükəsi barədə həyəcan siqnalı elan edilib. 


Bundan başqa, Rusiyanın Xəzər donanmasının bazasının yerləşdiyi Dağıstanın Kaspiysk limanına da hücumlar qeydə alınıb.


Dronların vurulması, həmçinin dağıntılar və zərərçəkənlər barədə rəsmi məlumat verilməyib.

Baxış sayı: 3 719

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə