“İrana planlaşdırılan hücumları tezliklə razılaşma əldə olunacağı təqdirdə dayandırıram”.


“ARHD.MEDiA” “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.


ABŞ lideri bildirib ki, İran və Yaxın Şərqin digər ölkələri ABŞ-dən hərbi əməliyyatlardan çəkinməyi xahiş edib.


Onun sözlərinə görə, tərəflər Hörmüz boğazının yenidən açılması da daxil olmaqla, mümkün razılaşmanın əsas prinsipləri üzərində ilkin razılığa gəliblər.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın bu qərarına təsir edən əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında Qətər vasitəçiləri və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub.

Baxış sayı: 4 170

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə