Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədliyini irəli sürdüyü Ruben Rubinyan parlamentin sədri vəzifəsinə seçilib. 


“ARHD.MEDiA” Ermənistan mətbuatına istinadən xəbər verir ki, səsvermədə 105 deputatdan 91-i iştirak edib. 


Onlardan 63 nəfəri Rubinyanın lehinə, 28 nəfəri isə əleyhinə səs verib. 


Parlamentdəki “Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib, “Güclü Ermənistan” fraksiyası isə Rubinyanın namizədliyinin əleyhinə səs verib. 


R.Rubinyan bu postda Alen Simonyanı əvəz edib.

Baxış sayı: 3 383

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə