İyulun sonundan etibarən azı 72 min qanunsuz miqrant Mərakeşin Fenidek sahillərindən İspaniyanın Seuta şəhərinə daxil olub.


“ARHD.MEDiA” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Avropa İttifaqı (Aİ) ölkələrinin DİN rəhbərlərinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 70 min nəfəri Mərakeşə geri qayıdıb.


Yerli mətbuat İspaniya ərazisinə keçməyə çalışarkən həlak olanların sayının 75 nəfərə çatdığını açıqlayıb.


Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib.

Baxış sayı: 3 925

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə