Rusiya, Fransa, Böyük Britaniya və Almaniyadan olan keçmiş məmurlar iyulda Vyanada görüş keçiriblər.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb. 


Bildirilib ki, görüşün keçirilməsində məqsəd Rusiya-Ukrayna münaqişəsinin dinc yolla nizamlanması üçün sazişin mümkün şərtlərini müzakirə etmək olub. 


Mənbənin sözlərinə görə, danışıqlarda Britaniyanın milli təhlükəsizlik üzrə sabiq müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və fransalı diplomat Pyer Vimon iştirak ediblər. Mənbə Rusiya tərəfini görüşdə kimin təmsil etdiyini açıqlamaqdan imtina edib.

Baxış sayı: 3 877

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə