Almaniya şirkətinə məxsus yük gəmisi Qara dənizdə Odessa yaxınlığında dron hücumuna məruz qalıb. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Bild” nəşri mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, söhbət Liberiya bayrağı altında üzən və qərargahı Hamburqda yerləşən Almaniyanın “Johann M. K. Blumenthal GmbH & Co. KG” şirkətinə məxsus “Emil” gəmisindən gedir. Gəminin Odessadan təxminən 21 dəniz mili (təqribən 39 km) məsafədə hücuma məruz qaldığı qeyd olunub.


Hücum nəticəsində gəmidə yanğın baş verib və bəzi texniki sistemlər sıradan çıxıb, nəticədə gəmi manevr etmək qabiliyyətini itirib. Gəminin 11 nəfərlik ekipajı təxliyə edilib, heç kim xəsarət almayıb. 


Bununla belə, ekipaj üzvləri təhlükəsiz yerə çatdırılarkən, yük gəmisi yenidən hücuma məruz qalıb. 


Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında hücum faktını təsdiqləyib. 

Baxış sayı: 3 956

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə