“Hazırda Ukraynanı dünyanın azı 72 ölkəsindən olan təxminən 16 min nəfər əcnəbi könüllü müdafiə edir”.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova ölkənin xarici diplomatik qurumlarının rəhbərlərinin müşavirəsində bildirib.


Reşetilova həmin şəxslərin, demək olar ki, 40%-nin Latın Amerikası ölkələrinin vətəndaşları olduğunu açıqlayıb.


“Dövlətimiz əcnəbi hərbi qulluqçuların töhfəsini yüksək qiymətləndirir və onların hüquqlarının təmin edilməsi üçün öz məsuliyyətini dərk edir”, - o deyib.

Baxış sayı: 3 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə