ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə fikirlərindən sonra BMT bütün tərəfləri bu ərazidə beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb.


“ARHD.MEDiA”nın  məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik TASS-a açıqlamasında bildirib.


"Biz Hörmüz boğazı və onun ətrafında beynəlxalq gəmiçilik hüquq və azadlıqlarının tam şəkildə bərpa olunmasına dair çağırışımızı təkrarlayırıq. Gəmilərin sərbəst hərəkət hüquqları və azadlıqları beynəlxalq hüquq normalarına uyğun olaraq bütün tərəflər tərəfindən qorunmalıdır", - deyə Düjarrik qeyd edib.


Qeyd edək ki, bir gün əvvəl Nyu-York yaxınlığındakı Nasso dairəsində yerləşən polis akademiyasında çıxış edən Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu söyləmişdi.

Baxış sayı: 3 292

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə