Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı keçirilib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. 


İki ölkə lideri söhbət zamanı Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edib. 


Bildirilib ki, Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacib olduğunu, danışıqların davam edəcəyinə ümid etdiyini və Türkiyənin sülh səylərinə dəstəyi davam etdirəcəyini vurğulayıb.

Baxış sayı: 3 158

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə