"İran güclü geosiyasi mövqedədir, ona görə də indi Yaxın Şərqdə münaqişəyə əlverişli şərtlərlə son qoymaq üçün imkan var".
“ARHD.MEDiA”nın "Etemad Online" nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Müharibə müəyyən bir məqamda bitməlidir. Ən yaxşısı, onu indi - güclü mövqedə olduğumuz, hörmət gördüyümüz və bütün dünyanın ABŞ-nin qaydalara zidd şəkildə məktəblərimizə, xəstəxanalarımıza və infrastrukturumuza hücum etdiyini vurğulayaq, qələbəmizi tanıdığı bir vaxtda bitirməkdir", - deyə Pezeşkian qeyd edib.























