Ukraynanın Krivoy Roq şəhərində ticarət mərkəzinə Rusiya pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində ən azı 16 nəfər ölüb, 130-dan çox insan yaralanıb.


“ARHD.MEDiA”nın “Reuters”ə istinadən xəbərinə görə, Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja bildirib ki, yaralananlar arasında 22 uşaq da var.


Onun sözlərinə görə, 5-i uşaq olmaqla, 29 yaralının vəziyyəti ağırdır.


Qanja açıqlamasında iki uşaq da daxil olmaqla, 9 nəfərin itkin düşmüş hesab edildiyini bildirib. Xilasedicilər ticarət mərkəzinin dağıntıları altında qalan insanların axtarışını davam etdirirlər.


Qeyd edək ki, Krivoy Roq Ukrayna Prezidenti Volodimir Zelenskinin doğulduğu şəhərdir.

 

Baxış sayı: 2 988

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə