İran ordusu Fars körfəzi bölgəsində son hərbi əməliyyatlar fonunda müdafiə xarakterli hərbi doktrinadan hücum xarakterli hərbi doktrinaya keçib.


“ARHD.MEDiA”  xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiyə IRNA-ya açıqlamasında bildirib.


"Əvvəllər ölkənin hərbi doktrinası müdafiə xarakteri daşıyırdı, lakin son iki müharibə zamanı tədricən müdafiə doktrinasından hücum doktrinasına keçidin şahidi olduq", - deyə Əkrəminiyə bildirib.


O, yeni doktrinanın əsas göstəricilərindən birinin "preventiv əməliyyatların keçirilməsi" olduğunu qeyd edib.


"İordaniyada Amerika bazasına hücum zamanı biz əslində preventiv yanaşmanı nümayiş etdirdik, ABŞ-nin texnikasına, obyektlərinə və canlı qüvvəsinə ciddi ziyan vurduq", - deyə iranlı general izah edib.


Əkrəminiyənin sözlərinə görə, hücum xarakterli hərbi doktrina konsepsiyasının digər əsas xüsusiyyəti istənilən təcavüz aktına dərhal cavab verilməsi və bu cavabın təcavüz aktının özündən daha geniş ola bilməsidir.


Onun qənaətinə görə, İranın "aqressiv yanaşmasının" məhz bu xüsusiyyətləri son müharibədə özünü göstərib.


İran İslam Respublikası ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbi doktrinanın tamamilə müdafiə xarakterindən hücum xarakterinə keçməsinin nəticələri düşmənin təcavüzkar hərəkətlərinə sürətli və genişmiqyaslı cavab verilməsində, həmçinin preventiv əməliyyatların keçirilməsində özünü göstərir.

Baxış sayı: 3 224

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə