“Rusiya Prezidenti Vladimir Putinin qrafikində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklifflə görüş yoxdur”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.


Putinlə Retkliff arasında görüşün olub-olmayacağı ilə bağlı suala cavab verən Peskov “Prezidentlə görüş olmayacaq” deyə vurğulayıb.


Xatırladaq ki, CIA direktoru Con Retkliffin Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya gözlənilmədən səfər etdiyi məlum olub. Bununla belə, amerikalı rəsminin Rusiyada məhz kiminlə görüşəcəyi açıqlanmayıb.

Baxış sayı: 2 909

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə