“Netanyahunu cəhənnəmə göndərəcəyik”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Livanın “Əl-Manar” televiziyasına müsahibəsində bildirib.


O, Livandakı vəziyyəti yaxından izlədiklərini və İsrailin Livanda işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur ediləcəyini deyib.


Rzayi İranın ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampa qarşı sui-qəsd planlaşdırdığı və onun başına 10 milyon dollar mükafat qoyulduğu barədə məlumatları da təkzib edib.


Onun sözlərinə görə, bu məlumatlar İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən Trampı qorxutmaq və qərarlarına təsir göstərmək məqsədilə yayılan yalandır.


“Əgər qərar qəbul etsək, onun həyata keçirilməsinə heç nə mane ola bilməz. Lakin bu məlumatlar Netanyahunun cəfəngiyyatından başqa bir şey deyil”, – deyə Rzayi bildirib.

Baxış sayı: 2 993

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə