ABŞ Prezidenti Donald Trampın "Amerika gölü" adlandırmaq qərarından sonra Kanada Ontario gölü adından istifadəyə davam edəcək.


“ARHD.MEDiA”nın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Mark Karni özünün "X" hesabında yazıb.


O qeyd edib ki, adın mənşəyi vendat xalqının dilində "Ontari'io" sözündən gəlir, bu da "gözəl göl, böyük göl" mənasını verir. Mark Karninin sözlərinə görə, bu addan 400 ildən çoxdur ki, istifadə olunur, bu ad Kanada Konfederasiyası və ABŞ Müstəqillik Bəyannaməsindən daha əvvəl yaranıb.


"Biz başa düşürük ki, ABŞ dəyişir: ölkənin ticarət münasibətləri, xarici siyasəti, milli abidələri, hidronimləri. Kanadalılar həmçinin başa düşürlər ki, hər şeyi öz adları ilə adlandırmaq lazımdır. Və bu göl Ontario adlanır - o vaxt, indi və həmişə", - deyə baş nazir qeyd edib.


Ontario gölü ABŞ və Kanada sərhədindəki beş böyük göldən biridir və Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına çıxmazdan əvvəl onların zəncirində sonuncudur. Gölün su səthinin sahəsi təxminən 19 000 kvadrat kilometrdir, orta dərinliyi 86 metr, maksimum dərinliyi isə 244 metr təşkil edir. Həcminə görə Ontario Böyük göllərin ikinci ən kiçik gölüdür.

Baxış sayı: 3 925

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə