Almaniya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – səbəb PUA hücumu


Almaniya hökuməti Leypsiq-Halle hava limanında baş vermiş PUA hücumuna görə Rusiyanı günahlandırmağa hazırlaşır.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Politico” və “Welt am Sonntag” üç hökumət rəsmisinə istinadən məlumat yayıb.


Məlumata görə, kansler Fridrix Merts hökuməti yaxın günlərdə Moskvanı avqustun əvvəlində Leypsiq hava limanında baş verən dron hücumu cəhdinin arxasında olmaqda ittiham etməyi planlaşdırır.


Bununla yanaşı, Berlin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini elan etməyə hazırlaşır. Paketin həm Almaniyanın birbaşa tədbirlərini, həm də Avropa İttifaqının yeni sanksiyalarını əhatə edəcəyi bildirilir.


Bildirilir ki, qərarlar gələn həftənin əvvəlində, İrlandiyada keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşü zamanı açıqlana bilər. Lakin Mertsin bu açıqlamanı daha əvvəl də verə biləcəyi istisna edilmir.


Qeyd edək ki, avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş PUA aşkarlanmışdı. Ərazidə Ukraynaya hərbi təchizat daşıyan “Antonov” yük təyyarələri olub. Daha sonra hadisə ilə əlaqəli olduğu ehtimal edilən üçüncü PUA və partlayıcı maddə də aşkarlanıb.


Moskva isə insidentdə iştirakını rədd edib.

Baxış sayı: 2 739

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə