Cənubi Koreya Respublikası Prezidentinin Administrasiyası kadr dəyişiklikləri barədə açıqlama yayıb. Altı nazir vəzifəsinə yeni namizədlər irəli sürülüb.


“ARHD.MEDiA” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Respublikası Prezident Katibliyinin rəhbəri Kan Hun məlumat verib.


"Prezident Li Çje Myon aşağıdakı nazir vəzifələrinə namizədləri irəli sürüb: maliyyə naziri və iqtisadi məsələlər üzrə baş nazirin müavini, ədliyyə naziri, müdafiə naziri, ailə və gender bərabərliyi məsələləri üzrə nazir, torpaq, infrastruktur və nəqliyyat naziri, kiçik və orta biznes və startaplar üzrə nazir", - deyə Kan Hun bildirib.


Bu, 2025-ci ilin iyununda and içərək vəzifəsinin icrasına başlayan Li Çje Myon administrasiyası dövründə Nazirlər Kabinetində həyata keçirilən ilk genişmiqyaslı kadr dəyişikliyidir.

Baxış sayı: 2 797

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə