bakı, 18 fevral, arhd.media
yaponiya nüvə silahının qadağan olunması ilə bağlı bmt-nin keçirəcəyi iclasda iştirak etməyəcək
yaponiya hökuməti bmt-nin nüvə silahının qadağan edilməsinə dair iclasında iştirak etməyəcək.
arhd.media kyodo xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə yaponiyanın xarici işlər naziri takeşi ivaya bildirib. o qeyd edib ki, nüvə silahına malik dövlətləri cəlb etmədən bu fikirləri həyata keçirmək olduqca çətin məsələdir.
bu il abş-ın xirosima və naqasakiyə nüvə bombası atmasının 80-ci ildönümü olduğu üçün hökumət dəfələrlə iclasda iştirak etməyə çağırılıb.
bmt-nin silahsızlanma məsələləri üzrə ofisindən verilən məlumata görə, bmt-nin bu iclası martın 3-7-də bmt-nin nyu-yorkdakı mənzil-qərargahında keçiriləcək, qazaxıstan prezident kimi fəaliyyət göstərəcək.
qeyd edək ki, 1945-ci ildə xirosima və naqasakinin bombalanması təxminən 210 min insanın ölümünə səbəb olub.






















