Mərmərə dənizində iki Türkiyə bayraqlı ticarət gəmisi toqquşub.


“ARHD.MEDiA” Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmadan sonra gəmilərdən birində olan 10 heyət üzvü ilə əlaqə saxlamaq mümkün olmayıb.


Hadisə təxminən saat 03:00-da, İstanbulun Silivri rayonundan 18 mil cənubda baş verib.


İstanbul Valiliyinin yaydığı məlumata görə, Kocaelidən Əliağaya gedən Türkiyə bayraqlı “ALSU” ticarət gəmisi ilə İskəndərun limanından Karadəniz Ereğliyə hərəkət edən Türkiyə bayraqlı “TUĞBERK İMAMOĞLU” ticarət gəmisi toqquşub.


Hadisə barədə məlumat daxil olduqdan sonra Sahil Mühafizəsi, Mərmərə və Boğaz Komandanlığının çoxsaylı dəniz qüvvələri, həmçinin sahil mühafizəsinə məxsus helikopter hadisə yerinə göndərilib.


İlkin araşdırmalar zamanı “ALSU” gəmisində hər hansı görünən zədənin olmadığı müəyyənləşdirilib. Lakin “TUĞBERK İMAMOĞLU” gəmisi və onun göyərtəsində olan 10 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.


Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə