Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək.


“ARHD.MEDiA” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.


Peskov səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin ilin sonunadək baş tutacağını bildirib: “Səfər yaxın vaxtlarda olacaq. Dəqiq tarix hələ məlum deyil”.


Xatırladaq ki, ötən həftə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş zamanı Putin Paşinyanı Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.

Baxış sayı: 3 158

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə