Avropa Komissiyası hələlik Ermənistanla vizasız rejimin tətbiqi üçün konkret tarix açıqlamağa hazır deyil. 


“ARHD.MEDiA” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Brüsseldə brifinq zamanı bəyan edib.


“2029-cu ilin və ya başqa bir tarixin viza rejiminin liberallaşdırılması anı olub-olmayacağını öncədən görmək üçün çox erkəndir. Deyərdim ki, belə bir dəqiqləşdirmə üçün hələ çox tezdir”, - o, viza rejiminin liberallaşdırılmasının 2029-cu ilədək baş tuta biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.


Qeyd edək ki, Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması məsələsi üzrə dialoq 2024-cü ilin sentyabrında başlayıb. 2026-cı ildə Avropa Komissiyası İrəvana Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planına (Visa Liberalisation Action Plan, VLAP) aid sənəd təqdim edib. Sənəd dörd əsas blokda birləşdirilmiş 74 bənddən ibarətdir. Bura biometrik sənədlərin təhlükəsizliyi, sərhəd və miqrasiya idarəetməsi, ictimai asayişin təmin edilməsi və cinayətkarlıqla mübarizə, insan hüquqlarının müdafiəsi və s. kimi məsələlər daxildir. Daha əvvəl Ermənistan hakimiyyəti Aİ ilə vizasız rejimin əvvəlcə 2028-ci ildə, daha sonra isə 2029-cu ildə tətbiqinin mümkün olduğunu açıqlayıblar. 

Baxış sayı: 3 731

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə