İran hakimiyyəti limitdənkənar benzinin qiymətinin iki dəfə artırılması barədə qərar qəbul edib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “RİA Novosti” İranın Neft Nazirliyinə istinadən məlumat yayıb. 


“8 sentyabrdan etibarən üçüncü tarif üzrə hər litr benzinin qiyməti 10 min tümən (təxminən 0.12 AZN) təşkil edir”, - məlumatda deyilir.


Bununla belə, ilk iki tarifin dəyişməz qaldığı, müvafiq olaraq 1500 tümən (təxminən 0.019 AZN) və 3000 tümən (təxminən 0.037 AZN) təşkil etdiyi bildirilir. 


Qeyd edək ki, İranda benzin 3 tarif üzrə satılır. Üçüncü tarif - yanacaq kartında ilk iki tarif tükəndikdən sonra benzinin satıldığı limitdənkənar tarifdir.

Baxış sayı: 2 952

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə