İranla münaqişə başa çatdıqdan sonra ABŞ-də benzin qiymətləri düşəcək.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib. 


“Biz İranla müharibədə qalib gələndən sonra həm neftin, həm də qalan hər şeyin qiymətləri kəskin şəkildə düşəcək. Benzinin hər qallonunun qiyməti üç dollara, son nəticədə isə iki dollardan aşağı düşəcək”, - paylaşımda deyilir.  


Qeyd edək ki, ABŞ-İran münaqişəsi səbəbindən Hörmüz boğazının bağlanması dünyanın əksər ölkələrində, o cümlədən ABŞ-də yanacaq qiymətlərinin artması ilə nəticələnib. Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, hazırda ABŞ-də benzinin hər qallonunun (təxminən 3,8 litr) orta qiyməti təqribən 4,1 dollar təşkil edir. Tramp daha əvvəl ölkədəki benzin satıcılarından qiymətləri dərhal aşağı salmağı tələb etmişdi. 

Baxış sayı: 2 067

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə