ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının “Ənsar Allah” hərəkatına (husilər) zərbələr endirmək barədə xahişini rədd edib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Axios” amerikalı mənbələrə istinadən məlumat yayıb. 


Bildirilir ki, sentyabrın 10-da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampa iki dəfə zəng edərək husilərə zərbələr endirməyə çağırıb, lakin ABŞ lideri bunu rədd edib. Tramp bunu hazırda münaqişəyə birbaşa müdaxilə etməyi planlaşdırmadıqları ilə izah edib. 


Bunun əvəzində Ağ Ev administrasiyası Səudiyyə Ərəbistanına husilər haqqında kəşfiyyat məlumatları və zərbə hədəfləri barədə məlumatlarla kömək etməyi öhdəsinə götürüb. 


Amerikalı hərbçilər və məmurlar həmçinin ərəb həmkarlarına bildiriblər ki, Tramp ABŞ qoşunlarına yeni hərbi cəbhə açmaqdan çəkinmək, əsas diqqəti İrana və Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə yönəltmək barədə göstəriş verib. 


Qeyd edək ki, ötən gün husilər Yəmənin qərb sahilindəki Moxa liman şəhərini ələ keçiriblər və Qırmızı dənizdəki Haniş adalarına hücumlara başlayıblar. Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələrinin geri çəkilməkdə olduğu bildirilir. 

Baxış sayı: 3 429

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə