ABŞ administrasiyası Səudiyyə Ərəbistanına ümumi dəyəri 24,3 milyard dollar olan 48 ədəd F-35 qırıcı təyyarəsinin və digər hərbi avadanlıqların satışını təsdiqləyib.


“ARHD.MEDiA” xəbər verir ki, ABŞ Dövlət Departamenti silah satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.


Qeyd edilib ki, Səudiyyə Ərəbistanı 48 F-35 qırıcısı ilə yanaşı, 49 ədəd “Pratt & Whitney F135-PW-100” mühərriki və əlaqəli avadanlıqlar əldə edəcək.


Məlumatda F-35-lərin satışının Yaxın Şərqdə hərbi güc balansını dəyişdirməyəcəyi bildirilib.


Müqavilənin əsas podratçıları “Lockheed Martin” və “Pratt & Whitney” olacaq.


ABŞ Silah İxracına Nəzarət Qanununa əsasən, Konqresin NATO üzvü olmayan ölkələrə silah satışına etiraz etmək üçün 30 gün, NATO üzvü ölkələrə satışlar üzrə isə 15 gün müddəti var.

Baxış sayı: 2 733

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə