İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyası zamanı “təhlükəsizlik təhdidləri” səbəbindən Nyu-Yorkda əlavə mühafizə tələb etdiyi və ABŞ hökumətinin bu tələbi təsdiqlədiyi açıqlanıb.


“ARHD.MEDiA” xəbər verir ki, ABŞ mətbuatında yayılan Dövlət Departamentinin sənədinə görə, ABŞ Diplomatik Təhlükəsizlik Xidməti Əraqçinin Nyu-Yorka səfəri zamanı onun mühafizəsini təmin edəcək.


Sentyabrın 18-də Dövlət Departamenti tərəfindən hazırlanaraq İranın BMT-dəki Daimi Nümayəndəliyinə göndərilən sənəddə bildirilib ki, Diplomatik Təhlükəsizlik Xidməti İran nümayəndəliyinin sentyabrın 17-də göndərdiyi diplomatik notadan sonra Əraqçiyə qarşı təhdidləri araşdırıb və nazir üçün mühafizə qrupu ayırıb.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə